Cinsiyet
Fiyat
Kalıcılık
İçerik
Ek Özellik
Etki
Form
Hacim
Özellik
Saç Tipi
Fiyat Geçmişi
Renk
Ürün Puanı
Satıcı Tipi
MERCHANT_BADGES_INFO_TOOLTIP_APPROVE_SELLER_TITLE
Onaylanmış Satıcı
Türkiye’de veya uluslararası olarak yüksek bilinirliğe sahip markaların resmi satıcılarına “Onaylanmış Satıcı” rozeti verilir.
MERCHANT_BADGES_INFO_TOOLTIP_SUCCESSFUL_SELLER_TITLE
Başarılı Satıcı
Trendyol’daki son 6 ay performansıyla yüksek müşteri memnuniyeti sağlayan, kaliteli ve güvenilir hizmet veren satıcılara “Başarılı Satıcı” rozeti verilir.
MERCHANT_BADGES_INFO_TOOLTIP_AUTHORIZE_SELLER_TITLE
Yetkili Satıcı
Onaylanmış markaların resmi satıcılarının satışa sunduğu, ilgili markanın ürünlerine “Yetkili Satıcı” rozeti verilir.
Satıcı Tipi Nedir?
"

Saç Baxımı

" araması için 100.000+ sonuç listeleniyor

Ən Çox Satılan Saç Baxımı Məhsulları Trendyolda

Saçın materialı, rəngi, kəsim tərzi necə olursa olsun hər saç modeli üçün xüsusi baxım məhsulları mövcuddur. Hər saç tipinin daha canlı və daha gümrah görünməsi üçün o saç tipinə uyğun olan saç baxım məhsulu mütləq vardır. Sadəcə saçınız ilə bağlı olan bütün məlumatları detaylı bir şəkildə bilmək lazım gəlir. Saçlarınızın nəmli, yağlı, quru və ya normal olub olmadığını bilmədən doğru məhsulu əldə etmək çətinləşir. Eləcə də saçın materialı, tez qırılan, saçqıranlı olub olmadığı, parlaq və ya solğun olub olmadığı da doğru məhsulu seçməkdə sizə kömək edəcək. Qısa saçlar üçün istifadə edilən saç baxım vasitələri bəzən uzun saçlarda təsir göstərməyə bilər. Eləcə də, saçın qıcırcıq, dalğalı və ya düz olub olmamağı da saç haqqında çox önəmli məlumat verə bilər. Hər kəs saçının tipi və materialı necə olursa olsun daha parlaq, daha rəngli bir saç modelinə sahib olmaq istər. Bu məqsədlə bir çox təmizləyici vasitələrdən təbii qarışımlara qədər fərqli üsullar yoxlanılır. Saçların müəyyən aralıqlarla müntəzəm bir şəkildə yuyulması saç dibinin, yaş dərisinin kirdən və artıq yağdan qurtulmasına kömək edər. Yuma aralığı insanın öz programına və saç tipinə uyğun olaraq fərqli sıxlıqlarda ola bilər. Eyni zamanda yuma məqsədi də saç tipinə və materialına görə dəyişə bilər. Yağlı saçlara sahib olan insanlar, gün aşırı saçlarını yağdan təmizləmək üçün yuyarkən, quru saçlara sahib olanlar daha çox saç dibini nəmləndirmək məqsədilə yuyur. Yağlı saçlar üçün yağ sökücü, daha gec yağlanmağa xidmət edən inqridientlərlə zəngin məhsullar məsləhət görülür. Quru saç tipləri üçün isə saç dibini nəmləndirilməsinə xidmət edən və saçların qırəlmasının qarşısını alan məhsullara üstünlük verilir. Siz də saç tipinizə uyğun olaraq ehtiyacınız olan ən doğru məhsulu seçərək daha canlı, daha parlaq və daha gözəl saçlara sahib ola bilərsiniz.

Saç baxımı vasitələri nələrdir?

Saçların daha sağlam, güclü və daha parlaq görünməsi üçün istifadə edilən vasitələrə saç baxımı vasitələri deyilir. Bunlara, şampunlar, kremlər, nəmləndiricilər, saç maskaları və s. daxildir. Saç baxımına diqqət yetirilməsi olduqca önəmlidir. Öncəliklə saç tipinə uyğun olan təmizləyici vasitələr, şampunlar ilə saçların müəyyən aralıqlarla yuyulur. Daha sonra saç kremləri ilə durulanmalı və vaxt aşırı xüsusi maskalar istifadə edilir. Saç baxım məhsulları arasında saçları yuyarkən və ya təmizləyərkən istifadə edilən təmizlik vasitələri ilə yanaşı, nəmləndiricilər, maskalarda önəmli yer tutur. Saç maskaları kimyəvi və ya təbii tərkibli olmaqla iki hissəyə ayrılır. Son zamanlarda xüsusi diqqət görən saç üçün yumurta maskası çeşidləri istifadəçilər tərəfindən sevilərək satın alınır. Saçlarınızı doğru şəkildə nəmləndirməsəniz tezliklə əks təsirini görmüş olacaqsınız. Buna görə də doğru təmizlik vasitələrinin istifadəsi önəmlidir. Bu da saç tipinizə hakim olmaqdan asılıdır. Saçlarınızın hər zaman baxımlı qalmasını istəyirsinizsə saç tipinizə, saçın materialına uyğun doğru məhsulu işlətmək önəmlidir. Bununla birlikdə, saçınızı toplama şəklinə də diqqət yetirərək, saç yığma formalarında istifadə edilən doğru vasitələri işlətmək lazımdır. Məsələn saçları topuz yığarkən tellərin ayrılmağının qarşısını almaq və səliqəli, qüsursuz bir topuz ortaya çıxarmaq üçün lazım olan doğru saç kremini seçməlisiniz. Eyni zamanda, topuz yığarkən istifadə edilən topuz fırçaları ortaya qüsusrsuz bir iş çıxarmağınıza kömək edəcək.

Saç Baxım Məhsullarında Geniş Seçənəklər

Saç baxım məhsulları dedikdə nəmləndiricilər, təmizləyicilər, maskalar və s. nəzərdə tutulur. Eyni zamanda, saç tipinə uyğun olaraq, qıvırcıq saçlar üçün nəzərdə tutulmuş düzləşdirici vasitələr, düz saçların dalğalı və ya qıvırcıq edilməsi üçün emal edilən vasitələr də saç baxım məhsulları arasında yer alır. Nəmləndirici, bərpa edici saç maskası çeşidləri ilə yanaşı, saç baxım fırçalarını da bu məhsullar arasında görə bilərsiniz. Bir çox saç ustasının və saç baxımı ilə məşğul olan mütəxəssislərin bəyəndiyi, tövsiyyə etdiyi dünyaca məşhur markaların ən çox bəyənilən məhsulları artıq vir buton qədər əlçatandır. Qıvırcıq saçlı insanlar bəzən saçlarının toplanmasında, yığılmasında çəkinlik çəkir və saçlarını düzləşdirmək üçün müxtəlif yollar yoxlayırlar. Saç düzləşdirici aparatlarından istifadə olunsa da bu çarələr qısa müddətli olur. Buna görə də daha uzun müddət saçın düz qalması üçün fərqli yollara baş vurulur. Saç baxım məhsulları arasında yer alan keratin adlandırılan fərqli markaların satışa təqdim etdiyi vasitələr ilə saçlar uzun müddətli olaraq düzləşdirilə bilir. Saçın materialından asılı olaraq üç, altı ay arası qıvırcıq saçları qalıcı olaraq düzləşdurmək mümkündür. Bununla birlikdə, bəzən düz saç modelinə sahib olan insanar fərqlilik etmək üçün dalğalı və ya qıvırcıq modelləri yoxlamağa həvəslənərlər. Bu modelləri də keçici olaraq xüsusi cihazlarla düzəltmək olsa da bəzən saç baxım məhsullarından da istifadə edilir. Keçici buruqlar üçün muz adlanan məhsullara üstünlük verilir. Ancaq qalıcı olaraq qıvırcıq saç istəyənlər perma istifadə etməyə üstünlük verirlər. Perma da keratin kimi saçı uzun müddətli fərqli formada saxlamağa imkan verir. Düz saçların qıvırcıq hala salınması üçün istifadə edilən perma məhsulları da saç baxım vasitələri arasında yer alır.

Xanımlara və Kişilərə Özəl Saç Baxım Çeşidləri

Qıvırçıq, dalğalı və ya düz saça sahibsəniz, saç teliniz incə və ya qalın olması, quru və ya yağlı olması fərqli xaxım məhsullarına yönəlməyinizə gətirib çıxara bilər. Saç gücləndirici rutininizi saç tipinizə uyğun olaraq təyin etməyiniz gərəklidir. Gücləndirici məhsulların istifadə qaydası da fərqli ola bilər. Belə ki, hər şeydə olduğu kimi bu vasitələri də qaydasız şəkildə istifadə etdikdə müəyyən problemlərə gətirib çıxara bilər. Məsələn, saçın yağlılıq səviyyəsinə görə müəyyən aralıqlarla yuyulmağı məsləhət görülsə də bəzən bu aralıq çox qısa və ya çox uzun tutulduqda tellərin həddən artıq qırılmasına və ya solmasına səbəb olur. Bu səbəblə doğru məhsul istifadə etməklə qalmayıb doğru bir şəkildə istifadə etmək də olduqca önəmlidir. Çox isti suda saçların yuyulması təhlükəli olduğu kimi həddən artıq soyuq su da telləri aşındıra, saçınızı soldura bilər. İsti su ilə duş almaq rahatladıcı təsir göstərə bilər, ancaq tellərin dibindəki yağ vəzilərinin həddən artıq qurumağı ilə nəticələnir. Bu zaman saçlar daha quru və daha mat olaraq görünəcək, parlaqlığını itirəcəkdir. Saç baxımı məhsulları kişilərə və qadınlara özəl olaraq xüsusi şəkildə hazırlanır. Saç diblərinin və uclarının sağlıqlı bir şəkildə qorunması və saçların gözəl bir şəkildə uzanması üçün təmizləyici və durulayıcı vasitələri ehtiyatlı şəkildə seçmək və işlətmək lazımdır.

Həssas Saçlar Üçün Əvəzsiz Məhsullar

Həssas saçlar üçün nəzərdə tutulmuş, saçların yolunmasının, tökülməsinin qarşısının alınmasında xidmət edən xüsusi hazırlanan şampun çeşidlərinə nəzər yetirərək öz saç xüsusiyyətinizə görə doğru məhsulu sifariş edə bilərsiniz. Şampunlar təmizləyici vasitələr olaraq sıxlıqla istifadə edilən saç baxımı üçün önəmli vasitələrdir. Eyni zamanda, duşdan sonra, saçların durulanması zamanı nəmləndirici vasitələrdən də istifadə edə bilərsiniz. Nəmləndiricilər əsasən quru saçlara sahib olanların tez-tez müraciət etdiyi məhsullardır. Saçların quru olmasının səbəbi quru baş dərisidir. Saç dibləri yetərincə yağlanmadığından tellər quru qalaraq tökülməyə meyilli olur. Eyni zamanda mat və solğun görünürlər. Bu xüsusiyyətə sahib olan saçların duşdan sonra xüsusi nəmləndiricilər ilə nəmləndirilməyi önəmlidir. Quru saçlar üçün şampun çeşidlərini dəyərləndirərək quruluqdan əziyyət çəkməyi dayandıra bilərsiniz. Duşdan sonra saç baxım alışqanlıqları arasında saç kremlərini də daxil edə bilərsiniz. Kremlər gücləndirici vasitələr olaraq saç baxımı məhsulları arasında önəmli yerə sahibdir. Qadın və kişilərin saç dərisinə uyğun olan krem çeşidlərini dəyərləndirərək öz seçimizini edə bilərsiniz. Saç tipinin müəyyənləşdirilməsindən sonra satışda olan məhsulları dəyərləndirərək bir-biri ilə müqayisə edə bilərsiniz. Belə ki, məhsulların açıqlama qismində yer alan məlumatlardan yararlanaraq məhsulun sizə uyğun olub olmadığını təyin etmək mümkündür. Eyni zamanda, istifadəçi rəylərinə nəzər yetirməklə də uyğun məhsulu seçmək mümkündür.

Saçlarınızı Daha Gümrah Edəcək Şampunlar

Saç təmizləyici vasitələr olaraq şampunlar ən çox istifadə edilən məhsullardandır. Şampun markalarının satışa təklif etdiyi yüzlərlə çeşid arasından öz saçınıza uyğun olanı seçmək olduqca asandır. Bunun üçün öncəliklə saçınızın xüsusiyyətini bilməlisiniz. Çünki doğru məhsuldan istifadə etmədikdə arzu olunmayan nəticələr əldə etmək mümkündür. Məsələn qıvırçıq tellər üçün istifadə edilməsi məsləhət görülən bir vasitəni düz saçda yoxladıqda saçın şəklinin pozulmasına, formasının itməyinə gətirib çıxara bilər. Eləcə də qadın saçları üçün nəzərdə tutulan vasitələri kişilərin istifadə etməyi bəzən yan təsirlərə səbəb olduğu məlumdur. Yağlı dəri üçün təmizləyici şampunları quru saçlarda yoxladıqda saçınızı daha da mat hala gətirib çıxara bildiyi kimi, quru saç üçün nəzərdə tutulan nəmləndiriciləri və yağlılığın artırılmasına xidmət edən vasitələri yağlı saçlarda yoxladıqda saçların həddən artıq yağlı görünməsinə səbəb ola bilər. Buna görə də öncəliklə öz dərinizin, saç dibinin, və uclarının hansı xüsusuiyyəti daşıdığını bilmək önəmlidir. İstifadəçi rəylərində sizdən öncə o məhsulu işlədən və razı və ya narazı qaldığı halları qeyd edən insanların fikirlərini görə bilərsiniz. Sulfatsız şampun çeşidlərinə nəzər yetirərkən istifadəçi rəylərində bu vasitələrin necə təsir göstərdiyi haqqında fikirlərini də oxuya bilərsiniz. Bu növ vasitələr duzsuz şampun olaraq da bəzər qarşınıza çıxa bilər. Daha çox boyanmış saçlarda, keratinlə düzləşdirilmiş, perma ilə qıvırçıq edilmiş saçlarda və ya digər kimyasal bir təsirə məruz qalan saç tiplərində sulfatsız şampunlardan istifadə edilir. Bu vasitələrin özəlliyi içində duz olmamasıdır. Beləliklə məsələn boyanmış saçların boyasının axmasını gecikdirmiş olur. Hər saç tipinə uyğun olan şampun modellərini rahat bir şəkildə sifariş edə bilərsiniz.

Çox Bəyənilən Saç Baxımı Vasitələrinin Qiymətləri

Saç baxım vasitələri olduqca önəmli və tez-tez satın alınan məhsullar olduğundan bunların əldə edilməsi üçün müəyyən bir büdcənin ayrılması önəmlidir. Təbii ki, hər kəs keyfiyyətli məhsullardan istifadə etməyi üstün tutur, ancaq, satın alınacaqlar siyahısı artdıqca qiymətlərinin uyğun olmasına da fikir verilir. Şampun qiymətləri şampunun xüsusiyyətindən, ölçüsündən, qablaşdırma şəklindən, tərkibindən asılı olaraq fərqli qiymət aralığında satışdadır. Şampun alarkən ilk öncə saçın xarakteri nəzərə alınsa da qiymətlərinə də baxılır. Bununla birlikdə, şampundan istifadə edəcəklərin sayına və ya istifadə müddətininin təyinininə uyğun olaraq fərqli ölçülərdə, 300 ml, 500 ml, 750 ml ve s. qablaşdırmalara nəzər yetirilir. Saçlar olduqca önəmli bir detay olduğundan, onların canlı və təravətli olmağına diqqət yetirilir. Təmiz və güclü saçlar bəzi insanlar üçün enerji mənbəyi ola bilər. Şampun seçərkən qoxusuna da xüsusi diqqət yetirilir. Belə ki, fərqli çiçək qoxularaını sevənlər bu tip məhsullara üstünlük verir. Eləcə də okean təravətli, torpaq qoxulu, nanə və ya digər bitkilərin qoxusuna üstünlük verənlərin seçdiyi bitki qoxulu şampunlar mövcuddur. Bəzi insanlar isə şampunun qoxulu olmasını sevmədiyindən dolayı qoxusuz olan çeşidlərə üstünlük verir. Boyalı və keratinli saçlar üçün nəzərdə tutulmuş, kimyəvi inqridientləri olmayan sulfatsız şampunlar da müştərilər tərəfindən tez-tez axtarışa verilir. Sulfatsız şampunlar qiyməti baxımından digərlərindən fəqlənə bilər. Bu da onların duz tərkibinin olmamasından qaynaqlanır. Növbənöv saç baxımı vasitələri uyğun qiymətlərlə xidmətinizdədir.